Çünki sığındıqları Avropada zibili küçəyə atmaq yasaqdı axı. Ona görə də onlar ancaq zibil qabıları qarşısında \”səcdəyə\” gedirlər. Təfəkkürə, məntiqə, dünyagörüşünə baxın.
Sivil dünyada siyasi mübarizə, azad söz demək üsulu bu qədərmi kasaddır?! Yox, əsla! Sadəcə olaraq mühacir \”qəhrəmanlarının\” təfəkkür kasadlığının nəticəsidir bugünkü mənzərə. 100-cü il dönümünü qeyd etdiyimiz Cümhuriyyəti quranlar da rus işğalından sonra mühacir həyatı yaşadılar. Olduqları hər məkanda Azərbaycan deyə hayqırdılar, onu qürbətdə yaşatmaq üçün hər şeylərini qurban verdilər. Son nəfəslərinə qədər KİŞİ kimi mübarizə apardılar. Amma mədəniyyətləri, ədəb ərkanları, ən əsası dünyaya baxışları, savadları ilə o günün avropalısına elə Avropada nümunə idilər.
Çünki Azərbaycan adlı Cümhuriyyəti təmsil etdiklərinin fərqində idilər. Onların gəzdiyi, mübarizə apardığı küçələrdə bu gün \”çirkab qusanlar\”, \”zibil maşınları\” təlxəklik edir. Sizi görüb O KIŞILƏRIN qürbətdəki qəbirlərində sümükləri sızıldayır indi. Çünki Azərbaycan tarixində mühacir həyatı yaşayıb, müstəqil Azərbaycan uğrunda mübarizə aparanların adı müqəddəsliklə anılır. Siz isə öz mədəniyyətsizliyiniz, milli- mənəvi dəyərdən yoxsul təfəkkürünüzlə mühacir tarixmizi – bu müqəddəs adı da zibilləyirsiniz. Bu qədər çirkab və əngəllərə rəğmən Azərbaycan adlı karvan irəlilləyir, bu karvanın SARVANI DA bəllidir!
Hər dərədən gələcək səsə fikir vermək lazım deyil!
İnterpress.az