İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayacaq.
Balkanlarla indiyədək 6 dəfə qarşılaşan yığmamız qələbə qazana bilməyib – 5 məğlubiyyət, 1 heç-heçə.
“Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimiz üçün bir ilkdir.
Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.
İnterpress.az