Şamaxıda bir gündə iki nəfər intihara cəhd edib – Biri ölüb, digəri xilas edilibbackend

Şamaxıda bir gündə iki nəfər intihara cəhd edib – Biri ölüb, digəri xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şamaxıda bir gündə iki nəfər intihara cəhd edib. Onlardan biri ölüb, digərini xilas etmək mümkün olub.

Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Həsən oğlu Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamxı regional şöbəsinə yerləşdirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Digər intihara cəhd hadisəsi isə şəhərin H.Z.Şirvani küçəsində baş verib.

Belə ki, şəhər sakini, 2002-ci il təvəllüdlü Ayaz Şirvan oğlu İbrahimov özünü asaraq intihara cəhd edib. O, ailə üzvləri tətəfindən xilas edilib və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, A.İbrahimovun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.(report)

İnterpress.az