Azərbaycan gəncləri İlham Əliyevi dəstəkləyəcəklərbackend

Azərbaycan gəncləri İlham Əliyevi dəstəkləyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əminliklə deyə bilərik ki, ölkənin çoxminli gənclər ordusu aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevə səs verəcəklər”.

Bunu İnterpress.az-a açıqlamasında “HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev deyib. O, gənclərin Cənab İlham Əliyevə səs verməsini şərtləndirən başlıca amilin ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin olduğunu bildirib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1997-ci ildən ölkədə hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi, həmin tarixdə ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan gənclərin dövlət başçısı tərəfindən təltif olunması, müxtəlif illəri əhatə edən Gənclər Proqramlarının qəbul edilməsi, PA Gənclər İdman şöbəsinin yaradılması və Gənclər Fondunun yeni strukturda formalaşdırılması, dövlət orqanlarında, parlament və bələdiyyələrdə gənclərin təmsilçiliklərinin artması məhz dövlətin gənclərə olan diqqət və qayğısının əyani sübutudur”.

Sədr müavini qeyd edib ki, həmçinin bir neçə il əvvəl Gənclər Fondunun yaradılması, həmin fondun gənclərin fərdi və təşkilat şəklində layihələrini maliyyələşdirməsi də gənclərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatələndiyindən xəbər verir: “Bütün bu amillər bir daha onu deməyə əsas verir ki, 11 aprel seçkilərində Azərbaycan gəncləri hamılıqla Cənab İlham Əliyevi dəstəkləyəcəklər”.

İctimai Birliyin rəsmisi deyib ki, gənclər hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıblar və hazırda da prezident seçkiləri ərəfəsində aktivdirlər: “İstər seçkilərin təbliğat-təşviqat mərhələsi, istərsə də imzaların toplanması zamanı gənclər də bu proseslərdə yaxından iştirak ediblər. Bu prosesin məntiqi nəticəsi olaraq isə Azərbaycan gəncləri aprelin 11-də səsvermə günü seçki məntəqələrinə gələrək öz siyasi iradələrini ortaya qoyacaq, vətəndaşlıq borcunu yerinə yetirəcəklər”.

E.Babayev bir sıra Avropa ölkələrində özünə sığınacaq tapan və bu gün ölkə rəsmilərini təhqir edən antimilli ünsürlərin də gənclər tərəfindən qəbul edilmədiyini və onların qeyri-etik hərəkətlərinin kəskin hiddət doğurduğunu vurğulayıb: “Azərbaycan gəncləri bəzi antimilli ünsürlərin siyasi mübarizəyə söyüş və təhqir elementləri gətirməsini qətiyyətlə qəbul etmir və bu kimi halları kəskin şəkildə pisləyir”.

İnterpress.az