Azərbaycanda ateistləri seçki öncəsi fəallaşdıran səbəb – TƏHLÜKƏbackend

Azərbaycanda ateistləri seçki öncəsi fəallaşdıran səbəb – TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Feysbuk” sosial şəbəkəsində bəzi səhifələr Azərbaycan əleyhinə etdiyi paylaşımlarla diqqət çəkib. Belə səhifələrdən biri də “Feysbuk”da məşhur olan “Tənqid”çi səhifəsidir. Həmin səhifə sosial şəbəkədə təxribat dolu paylaşımlar edərək insanları milli və dini ədavatə səsləyir.
Sözügedən səhifə ilə yanaşı, Azərbaycan Ateistlər Birliyi adlı səhifə birlikdə fəaliyyət göstərərək sosial şəbəkədə milli və dini ədavətə, dini ayrıseçkiliyə və təxribata yönəlik yazılar, fotolar paylaşaraq ölkədə qarşıdurma yaratmaq istəyirlər.

Radikal müxalifət nümayəndəsi olan Nurlan Qəhrəmanlı rəhbəri olduğu “Tənqidçi” səhifəsində, demək olar ki, hər gün dövlətçiliyimiz əleyhinə kampaniyalar aparır. Eyni zamanda, Azərbaycan Ateistlər Birliyi səhifəsi də dini ayrıseçkiliyi təbliğ edən paylaşımlarla məşğuldur. Hər iki səhifənin rəhbərlərinin birlikdə ərsəyə gətirdiyi ateizmi təbliğ edən kitabın sözügedən səhifələrdə paylaşması ölkədə dindarlar arasında birmənalı qarşılanmayıb. Səhifə adminləri isə, ateizm haqqında çıxışlar edərək dindarları təxribata sürükləyib.

Zamin Mürsəlov adlı gəncin redaktorluğu ilə nəşr olunan “Tanrı böyük deyil” adlı kitabın sosial şəbəkə üzərindən təbliği ölkədə dini ədavəti gücləndirməyə başlayıb. Eyni zamanda, bu proseslərin preizdent seçkilərindən öncə baş verməsi heç də təsadüfi deyil. Hansısa yadelli qüvvələr tərəfindən sifarişləri həyata keçirən səhifələr ölkədə qarşıdurma yaradılmasına nail olmağa can atırlar.

Kristofer Hitçensin müəllifi olduğu bu kitabın seçkidən öncə azərbaycanlı gənclər tərəfindən tərcümə olanaraq nəşr edilməsi ölkədə dini ədavətin qızışdırılmasına səbəb olub. Bununla yanaşı, kitabın təqdimat mərasimini keçirərək ölkə dindarlarını təxribata sürükləməyə cəhd ediblər. Çox təəssüflər olsun ki, təxribat dolu kitabın təqdimat mərasimində bəzi tanınmış şəxslər də iştirak edib. Həmin şəxslər təqdimat zamanı çıxış edərək ölkədə dini ədavətin qızışdırılmasına yönəlmiş kitab haqqında müsbət fikirlər səsləndiriblər. Kitabın təqdimat mərasimindən istifadə edən təşkilatçılar və iştirakçılar, eyni zamanda, Azərbaycan Ateistlər Birliyinin gələcək fəaliyyətindən danışaraq gənclərin ateizmə dəvət olunmasını təbliğ ediblər.

N.Qəhrəmanlı və onun digər tərəfdarları radikal müxalifət nümayəndələridir. Onların sosial şəbəkədə at oynatmaları isə seçki öncəsi təxribata yönəlmiş sifarişlərdir ki, həyata keçirirlər. Bütün bunların ölkə başçısı İlham Əliyevin İslam dininə böyük dəyər verdiyi bir anda baş verməsinin səbəbləri heç də gizli deyil. Ölkə başçısının Azərbaycanda dindarların rahat şəkildə ibadət etmələri üçün həyata keçirdiyi işlər danılmaz faktdır. Eyni zamanda, Prezidentin və ailəsinin Həcc ziyarətində olduğunu nəzərə çatdırsaq, o zaman, sözügedən səhifələrin bilavasitə ölkə başçısına qarşı yönəlmiş kampaniya olduğunu qeyd edə bilərik.

Prezident İ.Əliyevin, eləcə də, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ölkə ərazisində yerləşən dini ibadətgahların qorunub saxlanılmasına xüsusi önəm verdiyi göz qabağındadır. Ölkədə həyata keçirilən dini ibadət ocaqlarının, məscidlərin tikintisi və təmiri Prezidentin İslam dininə və Azərbaycandakı müsəlmanlara verdiyi dəyərin göstəricisidir. Ümumiyyətlə, Azərbaycandakı tarixi-dini abidələr ölkəmizin tarixinin zənginliyini sübut edir. Belə abidələrdən biri də Bərdə rayonundakı Bərdə türbəsi və Torpaqqala kompleksidir. Bir neçə gün bundan öncə, ölkə başçısı İ.Əliyev əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şəraitlə də tanış olub.

İnterpress.az

Azərbaycanda ateistləri seçki öncəsi fəallaşdıran səbəb - TƏHLÜKƏ

Azərbaycanda ateistləri seçki öncəsi fəallaşdıran səbəb - TƏHLÜKƏ

Azərbaycanda ateistləri seçki öncəsi fəallaşdıran səbəb - TƏHLÜKƏ