Polis reyd keçirdi, 200 xoruz döyüşdüyünə görə həbs olundu – FOTObackend

Polis reyd keçirdi, 200 xoruz döyüşdüyünə görə həbs olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Associated Press agentliyinə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Arkanzas ştatında baş verib. Belə ki, De-Kuin şəhərində polislərin keçirdiyi reyd zamanı maraqlı anlar yaşanıb.

Şəhər polisi bu dəfə qanunsuz olaraq döyüşən xoruzlara qarşı reyd keçirib. Reyd zamanı 200 xoruz \”Xoruz döyüşləri\”ndə iştirak etdiyinə görə saxlanılıb.

Xoruzlar sözügedən şəhərin istintaq təcridxanasına yerləşdirilib.

Bununla yanaşı, növbəti reyd zamanı həbs olunan xoruzların sahibləri də saxlanılaraq istintaqa təhvil verilib. Ümumilikdə, 137 nəfər istintaqa cəlb olunduğu deyilir.

Qeyd edək ki, Arkanzas ştatında xoruz döyüşdürmək qanunla qadağandır və cinayət xarakterli bir əməl hesab olunur.

Polis reyd keçirdi, 200 xoruz döyüşdüyünə görə həbs olundu - FOTO

İnterpress.az