“Zabil Müqabiloğlunun bacısı mənzillə təmin oluna bilər” — Əflatun Amaşovbackend

“Zabil Müqabiloğlunun bacısı mənzillə təmin oluna bilər” — Əflatun Amaşov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının sədri Əflatun Amaşov \”Ölkə.Az\”a bildirib ki, baş verən yanğın hadisəsi onu da narahat edib və məsələni nəzarətdə saxlayır:

“Mərhum Zabil Müqabiloğlunun bacısı ilə danışmışam, vəziyyətdən xəbərdaram. Ölkəmizdə yeni evlər tikilir. Bu ailə həm də qaçqın ailəsidir, illərlə yataqxanada yaşayıb. Odur ki, onlar da mənzillə təmin oluna bilər”.

Yeri gəlmişkən, bu yaxınlarda Z.Müqabiloğlunun kitabı da nəşr olunacaq. Ə.Amaşovun dediyinə görə, kitabın nəşri və təqdimatının mərhum jurnalistin doğum günündə keçirilməsi planlaşdırılsa da, bəzi səbəblərdən bu, mümkün olmayıb: “Amma kitab aprel ayında çap olunacaq”.

İnterpress.az