Sənətçinin atası dünyasını dəyişib. Simarə İmanova AzNews.az-a məlumat verərək bildirib ki, martın 18-də mərhum atası Novruz bayramı ilə bağlı bazarlıq edib evə qayıdarkən onu maşın vurub:
“Bayram bazarlığı əlində qaldı. Xəstəxanada bircə kəlmə deyib ki, “balalarımı görmək istəyirəm”. İnanmadıq, hələ də şokdayıq. Axı atam çox sağlam idi…”
İnterpress.az