Hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Yaralı \”təcili tibbi yardım\” maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb. ( report.az )
İnterpress.az