1954-cü il təvəllüdlü Quliyev Mərkəz Faiq oğlu Binəqədi qəsəbəsində yaşadığı evdə bacısının həyat yoldaşı ilə əlbəyaxa dava edib.
Nəticədə ahıl kişi çəkiclə döyülüb. O, ağır bədən xəsarətləri alıb.
Yaralı qohumlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. ( report.az )
İnterpress.az