İnterpress.az xəbər verir ki, Zonquldak vilayətində imamlar cəzalandırılıb. Mithatpaşa məhəlləsində yerləşən Aziziyyə məscidinin imamı Mecid K. və Dereköy məscidinin imamı Satılmış B. Türkiyə Diyanət İşləri Bakanlığı tərəfindən cəzalandırılıb.
İmamların cəzalandırılmasına səbəb isə, onların bitkoin ticatəri ilə məşğul olmaları olub.
Belə ki, sözügedən imamları vəzifədən kənarlaşdıran Diyanət İşləri Bakanlığı imamlarla bağlı bəyanat yayaraq onların bir daha vəzifəyə dönməmələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Türkiyənin Diyanət İşləri Bakanlığı bitcoin və digər onlayn valyuta ticarətinin haram olduğunu bildirib.
İnterpress.az