Bununla bağlı big.az-a açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, \”Bizim Yol\” qəzetinin baş redaktoru Bahəddin Həzi özünü alim, ziyalı hesab edən şəxsin belə ifadələr işlətməsinə inanmaq istəmədiyini bildirib.
O vurğulayıb ki, əgər belə təhqirlərə yol veribsə, bunu təsdiq edən audioyazı və sair sübutlar varsa, jurnalistlər, hətta Mətbuat Şurası Şurası məhkəməyə müraciət etməlidir: “Mən bu məsələni qaldıracam. Azərbaycan jurnalistlərini təhqir edənlər dövlət və cəmiyyət qarşısında cavab verməlidir. Əgər həmin şəxs belə ifadələr işlədibsə, dövləti və miləti təhqir etmiş olub”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tanınmış telejurnalist, filologiya elmlər doktoru professor Qulu Məhərrəmli isə açıqlamasında söyləyib ki, Ramiz müəllim o ifadələri işlədəndə yəqin ki, səviyyəsiz jurnalistləri nəzərdə tutub. “İnanmıram ki, o modern.az saytını nəzərdə tutur. Çünki modern.az saytı ölkənin ciddi, doğru xəbər verən saytdır. Ümumiyyətlə məmurların bir çoxu onlar jurnalistlərlə danışmağa alışmalıdırlar. Onların xoşuna gəlməyən jurnalistlər və suallar ola bilər. Jurnalist ondan problemləri ortaya çıxarmaq üçün lazımdır. Jurnalistlərlə bu cür davranmaq olmaz. Bu cür ifadələrin işlədilməsi doğru deyil. Eləcə də Ramiz Məmmədov kimi elm adamının bu cür sözlər işlətməsi ona yaraşmayan bir haldır. Buna qarşıyam. Jurnalistləri təhqir etmək olmaz. Jurnalistlərin buna emesional yanaşmasını istəmirəm. Mən bu ifadələri səviyyəsiz, sual verməyi bacarmayan jurnalistlərə aid edirəm. Bunu özümüzə aid etmirəm”.
İnterpress.az