İnterpress.az-ın əldə etdiyi məlumata görə, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Şahmarov Ziyafət Sərdar oğlu vəzifəsindən kənarlaşdırılıb.
Onun işində yol verdiyi nöqsanlar səbəbindən işdən çıxarıldığı bildirilir.
Cəlilabad Rayon İH-nın rəsmi saytında artıq Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsi vakant yer kimi göstərilib.
Qeyd edək ki, bu ilin fevralın 6-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Namiq Rəsul oğlu Zeynalov Cəliabad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.
İnterpress.az