Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
İnterpress.az Trend-ə istinadən xəbər verir ki, yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
***
FHN binadakı yanğınla bağlı məlumat yayıb.
İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda tikilməkdə olan binada yanğın başlayıb.
Yanğın binanın yuxarı mərtəbəsində başlayıb.
Hazırda FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
***
İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.
İnterpress.az