İnterpress.az-ın əldə etdiyi məlumata görə, Bakıda gənc repçi Ramiz Şahmalıyev intihar edib.
1996-cı il təvəllüdlü R.Şahmalıyev ötən gün axşam saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşadığı evinin həyətindəki tikilidə özünü asaraq intihar edib.
Qeyd edək ki, R.Şahmalıyev həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi olub. O, tələbələr arasında daha çox oxuduğu \”Misra mülahizə\” adlı repi ilə tanınır. Mərhum repçinin dindar olduğu bildirilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Xatırladaq ki, bu barədə ilk məlumatı \”Report\” yayıb.
İnterpress.az