\”Son yeddi ildə ali məktəblərə qəbul olan qızların nəticələri oğlanlardan yüksəkdir\”.
İnterpress.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Azərbaycan Qadınlarının V Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda qızların təhsil almaq imkanı bütün səviyyələrdə var: \”Azərbaycanda qızların orta və ali məktəblərə qəbul olunması ilə bağlı problem yoxdur. Bizdə həm orta, həm də ali məktəbdə oxuyanların demək olar 50 faizi qızlardır\”.
M.Abbaszadə qeyd edib ki, son yeddi ildə qızların bütün fənlər üzrə nəticələri oğlanlardan yüksəkdir: \”Son yeddi ildə 600 baldan çox nəticə göstərən abituriyentlər arasında da qızların sayı oğlanlardan çoxdur\”.
O qeyd edib ki, 1994-cü ildə tibb ixtisasları birinci qrupdan götürüldükdən sonra qızların sayı kifayət qədər azaldı: \”Zaman-zaman bu rəqəm dəyişməyə başladı. Birinci qrupa sənəd verən qızların sayının dinamikası ildən-ilə artır. Ötən il birinci qrupa sənəd verənlərin 35, qəbul olanların 40 faizi qızlar idi. Çünki qızlar daha yüksək nəticələr göstərir\”.
İnterpress.az