Azərbaycanda daha bir yolda hərəkət məhdudlaşdırılıbbackend

Azərbaycanda daha bir yolda hərəkət məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 09:30-dan Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparıır

Bu barədə İnterpress.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Buna görə də, sözügedən avtomobil yolunda hərəkət axşam saatlarına qədər bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İnterpress.az