Mərkəzdən İnterpress.az-a verilən məlumata görə, xaricdə təhsil alan şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
Bildirilib ki, \”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı\” çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.
Qeyd edilənlərə əsasən \”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı\” çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir çətinliklə qarşılaşarlarsa, DİM-ə müraciət etmələri tövsiyə olunur.
İnterpress.az