Din əxlaqında da quyunun dibindəyik – Fazil Mustafa Seyid Talehə qarşı – VİDEObackend

Din əxlaqında da quyunun dibindəyik – Fazil Mustafa Seyid Talehə qarşı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə məddah Seyid Taleh Boradigahinin mərsiyə-rövzə oxuduğunu əks etdirən videogörüntülər yayılıb. Görüntülər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafa məddah Seyid Taleh Boradigahinin oxuduğu mərsiyəyə münasibət bildirib.

İnterpress.az-ın məlumatına görə, deputat bunun Quranla heç bir əlaqəsinin olmadığını bildirib.

\”Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?\”, – deyə Fazil Mustafa vurğulayıb.

Qeyd edək ki, klassik Azərbaycan ədəbiyyatında şeirlər arasında mərsiyə növü geniş yayılıb. Mərsiyə – Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü olub.

İnterpress.az