Xəbəri Modern.az-a V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:
“Mən ümumiyyətlə Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.
Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.
Qeyd edək ki, Vəsilə Vahidqızı 1992-2002-ci illərdə AzTV, 2002-2003-cü illərdə \”İnternyus-Azərbaycan\” İctimai Birliyində, 2004-cü ildə \”Space\” TV-də çalışıb.
İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.
İctimai Televiziyada Anons şöbəsinin rəisi, eyni zamanda \”Ortaq məxrəc\”, \”Müzakirə vaxtı\”, \”Xalq seçir\”, \”Qarabağ: real tarix\” verilişlərinin aparıcısı olub.
İnterpress.az