İnterpress.az xəbər verir ki, bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla afterşoklar bir müddət davam edəcək.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.
Xatırladaq ki, 2012-ci ildə də Zaqatalada güclü zəlzələ baş verib.
İnterpress.az