İnterpress.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, zəlzələ Marsan kənd tam orta məktəbinə daha çox zərər yetirib: “Belə ki məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldiyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib”.
Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir.
İnterpress.az