Şahin Şıxlinskinin ticarət mərkəzi və restoranı bağlandı – Rusiyadabackend

Şahin Şıxlinskinin ticarət mərkəzi və restoranı bağlandı – Rusiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qərara səbəb Ticarət Mərkəzinin yanğın təhlükəsizliyi şərtlərinə cavab verməməsidir.

Obyekti yoxlayan mütəxəssislərin fikrincə \”Baku Plaza\” bundan sonrakı istismar üçün heç bir tələbə cavab vermir. \”Baku Plaza\”nın qapılarını möhürləyən məhkəmə icraçıları orada çalışan sahibkarlara xəbərdarlıq ediblər ki, əgər kimsə dükanını və ya digər obyektini açsa, sərt cəzalandırılacaq.

Xatırladaq ki, şəhərin mərkəzindəki Sulimov küçəsində yerləşən \”Baku Plaza\” Azərbaycan diasporasının sədri, iş adamı Şahin Şıxlinskiyə məxsusdur. Bir neçə gün əvvəl Yekaterinburqda ona məxsus və şəhərin ən böyük restoranlarından olan “Kaspi” də bağlanmışdı. (musavat)

İnterpress.az