Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən müəyyən hissəsində sabah avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə İnterpress.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumatda deyilir.
Bildirilir: \”Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik\”.
İnterpress.az