Paytaxtın Salatın Əsgərova küçəsində \”Malibu Rezidens\” şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.Adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.
İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Əsabil Qasımov Unikal.org-un redaksiyasına zəng edib.Millət vəkili bu sözləri deyib:
\”Adıçəkilən tikinti şirkəti mənim yox, qardaşımındır.Orada qazılan bünövrə zamanı tapılan kərpiclər isə hansısa qədimi yol yox köhnə evlərin zirzəmisinə aid qalıqlardır.Hazırda qeyd edilən ərazidə tikinti işləri davam etdirilir\”.
İnterpress.az