İnterpress.az xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.
\”Bakı Metropoliteni\”QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov \”Report\”a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:
\”Səhər saat 10 radələrində \”Sahil\” stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır\”.
B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:
\”Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq\”.
Qeyd edək ki, \”Sahil\” stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib.
İnterpress.az