İnterpress.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün feysbukdakı rəsmi profilində yazıb. Millət vəkili oğluna qarşı edilənləri çirkin kampaniya adlandırıb:
“Mən də sizlərin çoxu kimi, öz millətinə və dininə bağlı və cəhalətdən uzaq bir övlad yetişdirdiyimə görə Allahımdan çox razıyam. Bu qaragüruhçu zehniyyət anlamır ki, başqa mədəniyyətlərə, kültürlərə sayğılı yanaşma düşüncəsini də ona şəxsən özüm aşılamışam. Bunlar ifşa olunduqca, yeniyetmə uşaqları da bu çirkin kampaniyada hədəf seçməkdən utanmırlar”.
Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə millət vəkili Fazil Mustafa ilə bir qrup dindar arasında qalmaqal yaşanmaqdadır.
İnterpress.az