İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Saatlıdan olan deputat, Mətbuat Şurasının Əflatun Amaşov rayonun pambıq sahəsində baş verən kütləvi zəhərlənmədən danışarkən deyib.
Deputat bildirib ki, hazırda ərazidə yoxlama işləri aparılır.
“Ümumilikdə 24 nəfər zəhərlənib ki, onlardan 17-si qadın, 7-si kişidir. Hazırki vəziyyət belədir ki, 2 nəfər evə buraxılıb. 18 nəfər isə rayon mərkəzi xəstəxanasında, 4-ü isə Bakya gətirilib. İndiki şəraitdə vəziyyətləri normaldır. Hazırda hadisə baş verən Sımada kəndində müəyyən yoxlamalar aparılır. Baş verən zəhərlənmənin səbəbləri öyrənilir. Əsas odur ki, ağır zərərçəkən yoxdur”.
Qeyd edək ki, iyunun 10-da Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdiriliblər.
İnterpress.az