Deputat bağçada uşaqlara verilən işgəncədən danışdı: “Terrordan söhbət gedir”backend

Deputat bağçada uşaqlara verilən işgəncədən danışdı: “Terrordan söhbət gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Yasamal rayonunda \”Kids Studio” özəl bağçasında uşaqlara verilən işgəncə faktını əks etdirən videogörüntünü şərh edərkən deyib. O, bildirib ki, ötən gün Milli Məclisdə bu mövzunu gündəmə gətirib:

“Normal bir ailə düzəninə sahib olmayan adamların bağçalara, məktəblərə rəhbərlik etməsinin hansı müsbət nəticələri ola bilər ki? Bu şəxslər başına hansı keyfiyyətdə adamları yığacaqlar? Təbii ki, öz xarakterlərinə yaxın kimsələri. Uşağa intizam təlqin etmək normal bir davranışdır, lakin məlum videoda birbaşa vəhşilik əks olunur. Psixikası pozuq bir neçə qadının uşaqlar üzərində əsdirdiyi terrordan söhbət gedir”.

Fazil Mustafa qeyd edib ki, ictimai nəzarətin formal xarakter daşıdığı göz önündədir:

“Bağça da, məktəb də ən güvənli məkanlar olmalıdır, buralarda təsadüfi adamlar, şəxsiyyəti müəmmalı adamlar, psixikası pozuq adamlar rəhbərliyə təyin olunmamalıdırlar. Uşaqla işləyən müəllimin və tərbiyəçinin savaddan da vacib mərhəmət duyğusuna sahib olması zəruridir. Məsələyə oldu-bitdi kimi yanaşıla bilməz, bu cür qəddarlıqların vüsət almasını vaxtında əngəlləmək lazımdır”.

Qeyd edək ki, ötən gün Bakıda özəl bağçaların birində uşaqlara işgəncə verilməsi ilə bağlı video-görüntü yayılıb. Uşaqlarla amansız rəftar edən şəxsin Firuzə Tağıyeva olduğu deyilir.

İnterpress.az