\”Azərbaycan ərazisində xırda və iri buynuzlu heyvanların bütün normalara əməl olunmaqla satışı təmin olunduqdan sonra küçə və meydanlardakı qeyri-qanuni heyvan kəsimi yığışdırılacaq\”.
İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli bildirib ki, ölkə vətəndaşlarının yeni yaradılacaq heyvan kəsimi müəssisələrində satılan ətlərin yaxşı və keyfiyyətli olmasının inandırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirmək lazımdır: \”Onlarda yanlış düşüncə tərzi yaranıb ki, əgər heyvan onun gözü önündə kəsilirsə, onun əti daha yaxşıdır. Bu, tam tərsinədir. Qida məhsullarının içində ən yüksək risklisi heyvan məhsullarıdır. Zoonoz infeksiyalarının yayılması isə insanların sağlamlığını ciddi təhlükə altında qoya bilər\”.
İnterpress.az