\”Yevda müəllim Xocalı soyqırımının tanınmasında, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında böyük işlər görüb. Yevda müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, cansağlığı arzulayıram. Allah şəfa versin”. F.Mustafa Y.Abramovu “ən fədakar azərbaycanlılardan biri” kimi qiymətləndirdi.
Deputat Vahid Əhmədov da çıxış edərkən həmkarının sağlamlığı ilə bağlı məlumat verdi: “Mən də səhər-səhər Yevda müəllimi təbrik etdim. Sağlamlığı normaldır, evdə istirahət edir. Yəqin ki, yaxın vaxtlarda işə çıxacaq”.
Spiker Oqtay Əsədov dedi ki, Milli Məclis rəhbərliyi bütün deputatlara qarşı diqqətlidir: “Ona görə də biz bu gün Yevda müəllimi parlamentə təqdim etdik. Ona parlamentin Fəxri medalını və cənab prezidentin təltifinin diplomunu təqdim elədik. Yəni parlament belə məsələlərə biganə deyil. İki gün bundan qabaq isə İmamverdi İsmayılovu 60 illik yubileyi münasibətilə təbrik etdik”.
Qeyd edək ki, Y.Abramov bir neçə ay əvvəl əməliyyat olunub. (musavat)
İnterpress.az