APA-nın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: \”Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib\”.
Q. Təhməzli qeyd edib ki, Saatlı rayonunda pambıq tarlasında 24 nəfər zəhərlənib, 4 nəfər Bakı şəhərinə köçürülüb. Xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir. Bir qismi evə buraxılıb.
İnterpress.az