Milli Məclisdə uşaqları döyən tərbiyəçiyə etiraz edildibackend

Milli Məclisdə uşaqları döyən tərbiyəçiyə etiraz edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, bağçada tərbiyəçi olan adamın harada hazırlanması çox önəmlidir.

“Özünün normal ailə düzəni olmayan insanın bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Özü-özünü tərbiyə edə bilməyənə o boyda təhsil müəssisəsini necə həvalə etmək olar? Azərbaycanda onlarla belə nümunə var. Axı, o uşaqlar bizim gələcəyimizdir. Təhsil müəssisələrinə götürülən insanların psixoloji hazırlığı məsələsinə baxılmalıdır. Mən sizə deyim ki, Yaponiyada bütün uşaq bağçalarındakı müəllimlər kişilərdir.

Qadınlar məktəb və bağçalara işə götürülmür. Mən bilmirəm ki, bunun səbəbi nədir. Yəqin ki, onlar ciddi bir araşdırma apardıqdan sonra belə bir qərara gəliblər ki, bağça tərbiyəsi məhz kişilərə həvalə olunmalıdır. Bəlkə biz də bu istiqamətdə sosioloji araşdırmalar aparaq, işlər görək?

F.Mustafa deyib ki, özəl və dövlət bağçalarında uşaqlara qarşı zorakılıqlar yolverilməzdir.

“Biz bu məsələyə həssas münasibətimizi bildirməliyik” .

Spiker Oqtay Əsədov isə deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var. “Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. (modern.az)

İnterpress.az