“Uşaqları belə yükləmək olmaz. Birinci sinifə gedən uşağın çantasının ağırlığı 6-8 kiloqramdır. Bunlar ağırlıq qaldıran yetişdirəcəklər?”.
İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, şagirdlər süründürülür: \”Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır\”.
Deputat dərs ilinin iyunun 15-nə qədər davam etməsinə etiraz edib:
“Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır”.
İnterpress.az