Mədət Quliyevin oğlundan sərt sözlərbackend

Mədət Quliyevin oğlundan sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Türkiyədə itə qarşı edilən vəhşiliyi sərt tənqid edib.

İnterpress.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə Türkiyədə itin 4 ayağının kəsilməsi ilə bağlı görüntülər müzakirə mövzusuna çevrilib.

Baş verən hadisə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəylinin də hiddətinə səbəb olub. O, bu barədə şəxsi İnstagram hesabında itə qarşı edilən vəhşiliyi sərt tənqid edib.

\”Başa düşə bilmirəm, itin balası ilə necə belə vəhşicəsinə davranmaq olar? Onları insan adlandırmaq olmaz, Allah onlara hakim! Biz deyə bilərik ki, şəfqət xeyirxahlıq ilə sıx bağlıdır, heyvanlara qarşı qəddar olan bir insan xeyirxah ola bilməz\”, – deyə Murad Qulubəyli sosial şəbəkədəki heabında yazıb.

İnterpress.az