Azərbaycan masonları qurultayda iştirak edir – ŞOK İDDİAbackend

Azərbaycan masonları qurultayda iştirak edir – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Böyük Lojasının Böyük ustadı, siyasi texnoloq Andrey Boqdanov özünün \”Facebook\” səhifəsində bildirib.

Qeyd olunur ki, mason qurultayı “Qızıl açar” mason lojasının 235 illiyinə və Uralda masonluğa həsr edilib.

Permə Azərbaycan, Belçika, Bolqarıstan, Yunanıstan, İtaliya, Niderland, Fransa, ABŞ və digər ölkələrdən mason lojalarının nümayəndələri qatılıblar.

200-ə yaxın iştirakçı Perm teatrlarında tamaşalara da baxıblar.

Permdə 1783-cü ildən mövcud olan “Qızıl açar” mason lojasının üzvləri arasında çar dövründə bir sıra yüksək vəzifəli şəxslər də olub.

Qeyd edək ki, qurultay iyunun 8-dən 10-na kimi keçirilib.

İnterpress.az