Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də Silahlı Qüvvələrimizin yerli istehsal olan silahlarla yanaşı, son 5 ildə aldığı yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilir.
İnterpress.az bildirir ki, paradda ilk dəfə olaraq bir sıra yeni hərbi texnika və təzə silah-sursat nümayiş olunacaq.
Bunlardan bəzilərinin adlarını təqdim edirik:
1. “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi;
2. BTR-82A;
3. “Dana” özüyeriyən artilleriya sistemi;
4. “SandCat” bazasında “Spike-ER” raketləri;
5. “Polonez” artilleriya sistemi;
6. “İdırım” ZRK;
7. “Spear Mk.2” minaatanı və s.
Qeyd edək ki, müstəqil Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.
İnterpress.az