Hərbi hissələrdə bayram tədbirləri keçirilirbackend

Hərbi hissələrdə bayram tədbirləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan ordusunun hərbi hissələrində bayram tədbirləri keçirilir.

Məlumatda deyilir ki, nazirin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər təşkil olunub.

İnterpress.az