Bu barədə İnterpress.az-a “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
S.Qədirova bildirib ki, bu dəyişiklik Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi qüvvədə olacaq:
“Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb. Bu yenilik yolda sərnişin sıxlığının tənzimlənməsi məqsədi daşıyır”.
İnterpress.az