\”BakuBus\”un mətbuat xidmətindən İnterpress.az-a verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.
Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.
“BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir\”, – deyə o bildirib.
İnterpress.az