Böyük fars hökümdarı Şah İsmayıl – Tarix Muzeyində BİABIRÇILIQ – FOTOLARbackend

Böyük fars hökümdarı Şah İsmayıl – Tarix Muzeyində BİABIRÇILIQ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix muzeylərimiz Azərbaycan tarixi haqqında danışan tarixçilər rolunu oynayır. Burada Azərbaycanın tarixi keçmişini əks etdirən bəzi eksponantlar və məlumatlar qısamüddətli də olsa keçmişə səyahət etməkdə yardımçı olur. Necə deyərlər, öz keçmişini dananın gələcəyi olmaz. Elə biz də bu məqsədlə doğma vətənimizin keçmişinə səyahət etmək üçün Azərbaycanın tarixinin qorunub saxlanıldığı məkana – Milli Azərbaycan Tarixi Muzeyinə səfər etdik. Amma bu səfərimiz heç də biz istəyən kimi olmadı. Rastlaşdığımız bəzi məqamlar bizə tarixi keçmişimizin saxtalaşdırıldığını göstərdi.

İnterpress.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın tarixi ilə bağlı kobud səhvə yol verilib. Səhvin bilərəkdən, ya bilməyərəkdən olması haqda məlumat olmasa da, görünən odur ki, Tarix Muzeyi 16-cı və 17-ci əsr Azərbaycan tarixinə qarşı qərəzli mövqe sərgiləyib.

Belə ki, muzeydə Səfəvilər dövlətinə rəhbərlik etmiş Şah İsmayıl Xətainin milli mənsubiyyəti haqqında böyük yanlışlığa yol verilib. Səfəvilər dövlətindən bəhs edən tabloda Ş.İ.Xətainin adının qarşısında böyük hərflərlə onun “BÖYÜK FARS HÖKÜMDARI” olması iddia olunub. Sözügedən tabloda Xətaiyə və Səfəvilər dövlətinə xas olan bəzi eksponantlar yerləşdirilib.

Təəssüf doğrucu hal odur ki, Xətainin Səfəvilər dövlətinə rəhbərlik etməsindən əlavə, orta əsrlər Azərbaycanın ədəbiyyatı tarixində onun sahib olduğu yer barədə heç bir məlumat da verilməyib.

Bununla yanaşı, muzeydə xidmət göstərən bələdçilər tabloda yer alan fotokolleksiyalar və digər tarixi hadisələr barədə turistlərə məlumat verməkdə çətinlik çəkiblər.

İnterpress.az-ın əməkdaşı Xətainin adının qarşısında onun fars hökümdarı kimi tanıdılmasının səbəbini soruşduqda bələdçilər bu sualın cavabında çətinlik çəkib və bu barədə heç bir məlumata sahib olmadıqlarını bildiriblər.

“Bizim işimiz burada tarixi hadisələrdən məlumat və ya informasiya vermək deyil, bizim işimiz muzeyə gələn qonaqları qarşılamaq və onları yola salmaqdan ibarətdir” – deyə, Milli Azərbaycan Tarixi Muzeyinin bələdçiləri deyib.

Muzeydə ən xoşagəlməz hallardan biri də Azərbaycanın tarixi keçmişini öz ağuşunda qoruyub saxlayan bir məkanın baxımsız vəziyyətdə olmasıdır. Muzey, demək olar ki, səliqəsiz və baxımsız şəraitdə fəaliyyət göstərir.

Muzeydə rastlaşdığımız bu hal isə daha çox gülüş doğururdu. Muzeyin daxili otaqlarında bütün divarlara “Şəkil çəkmək qadağandır!” cümləsi həkk olunub. Buna görə də, bələdçilər tərəfindən muzeyin daxilində hər hansı bir turist tərəfindən foto çəkməyə icazə verilmir. Gülüş doğurucu hal orasındadır ki, muzeyin işçiləri şəkil çəkdirməyə icazə verməsələr də, muzeyin rəsmi saytında şəkil çəkməyin şərtləri, qaydaları və məbləği əks olunub. Belə ki, adi, yəni ştativsiz və işartısız şəkil çəkmək 2 manat, həvəskar videoçəkiliş 15 manat və professional, peşəkar avadanlıqlar çəkiliş aparmaq isə 50 manat dəyərində müəyyənləşdirilib.

Belə ki, əməkdaşımız muzeydə şəkil çəkdirmək istəyən zaman muzeyin direktorunun qəzəbinə tuş gəlib. Direktor akademik Nailə Vəlixanlı əməkdaşıma təzyiqlər göstərərək çəkdiyi fotoları silməsini tələb edib. Bununla yanaşı, əməkdaşımızı təhqir edib.

Qeyd edək ki, Şah İsmayıl Xətai saymaqla bitirə bilməyəcəyimiz bütün xidmətlərindn əlavə, Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.

Böyük fars hökümdarı Şah İsmayıl - Tarix Muzeyində BİABIRÇILIQ - FOTOLAR

Böyük fars hökümdarı Şah İsmayıl - Tarix Muzeyində BİABIRÇILIQ - FOTOLAR

Böyük fars hökümdarı Şah İsmayıl - Tarix Muzeyində BİABIRÇILIQ - FOTOLAR

Böyük fars hökümdarı Şah İsmayıl - Tarix Muzeyində BİABIRÇILIQ - FOTOLAR

Səid Qərib
İnterpress.az