Qəssabxanalar bağlanırbackend

Qəssabxanalar bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Agentlik rəhbəri qeyd edib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq:

\”Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu heyvanların mobil tipli kəsim yerləri yaradılacaq. Bununla bağlı işlər görülür və biz sahibkarlara da bu barədə məlumat vermişik. Sahibkarlar özləri də bu sahədə maraqlıdırlar\”.

Qeyd edək ki, iyunun 11-də Prezident İlham Əliyev heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görmək tapşılııb.

İnterpress.az