Şkafdan meyiti tapılan iş adamıyla bağlı yeni məlumatlar – “Həyat yoldaşı öləndən sonra…”backend

Şkafdan meyiti tapılan iş adamıyla bağlı yeni məlumatlar – “Həyat yoldaşı öləndən sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M. Nuxiyevin meyitinin evində şkafdan asılı halda tapılması xəbərindən sonra dostları və qohumları Türkiyəyə yollanıb. Antalya Cümhuriyyət Baş Prokurorluğundan onlara deyilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Bundan başqa, M. Nuxiyevin yaşadığı binanın və ətraf ərazilərin təhlükəsizlik kameralarından bütün görüntülər əldə edilib, incələndiyi söylənilib. Əlavə edilib ki, istintaq iki ay müddətinə yekunlaşacaq. Hadisənin necə baş verməsinə, bunu qətl, yoxsa intihar olmasına gəlincə, bu barədə hələlik heç bir məlumat verilməyib. Bu suallara iki ay ərzində yekunlaşacaq istintaq prosesindən sonra cavab veriləcəyi bildirilib. Mərhumun yaxınları isə saytımıza bildirib ki, iş adamı son dövrlər depressiv və bədbin olub. Buna səbəb kimi bir müddət əvvəl həyat yoldaşını itirməsi göstərilib. Lakin buna baxmayaraq, M. Nuxiyevin intihar etməsinə o qədər də inanmadıqlarını dilə gətiriblər.

Qeyd edək ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Fevral ayından bəri tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib. Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.

İnterpress.az