İnterpress.az xəbər verir ki, Mərkəzdən bildiriblər ki, görüşlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb. Mərkəzin təşəbbüsü olan Qlobal Bakı Forumunun əhəmiyyəti, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. VI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi vurğulanıb. VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Rumıniya ilə əlaqələrinin daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər də görüşlərdə diqqət mərkəzində olub. Rumıniyanın Avropa İttifaqına sədrliyi dövründə bu ölkədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısının keçirilməsi təşəbbüsü yüksək qiymətləndirilib. Qeyd edilib ki, Mərkəzin son illərdəki fəaliyyəti onun beynəlxalq nüfuzunu artırıb, nüfuzlu təşkilatlarla əlaqələrinin genişləndirilməsi üçün əlverişli zəmin yaradıb.
İnterpress.az