Bu gün səhər saatlarında \”Bakı Metropoliteni\” QSC-nin \”Həzi Aslanov-Dərnəgül\” xəttinin idarəetmə sistemində problem yaranıb.
Qurumun mətbuat xidmətindən İnterpress.az-a daxil olan məlumata görə, idarəetmə sistemində yaranan problemlər səbəbindən qatarlar avtomotik idarəetmə sistemindən kənar şəkildə stansiyalara çatdırılıb. Hətta \”Həzi Aslanov-Dərnəgül\” xəttində hərəkətdə olan bir neçə qatar geri qaytarılıb.
Hazırda metroda qatarların hərəkətində yaranmış problem tam aradan qaldırılıb.
İnterpress.az