Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( 9-cu və 11-ci siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Həmin gün ümumilikdə 57 mindən çox şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
9-cu sinifi 33 min, 11-ci sinifi 25 min şagird bitirir.
9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da, 11-ci sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.
Şagirdlər imtahana imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə götürməlidirlər, DİM bildirir.
Şəxsiyyət vəsiqəsində şəkli olmayanlar digər sənədlərlə yanaşı, təhsil müəssisəsindən özlərinin fotoşəkli yapışdırılmış arayış (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) almalıdırlar.
İnterpress.az