Qafqazlı “qanuni oğru”lara sərt xəbərdarlıq edildi: Moskvada ortalıqda dolaşmayın!backend

Qafqazlı “qanuni oğru”lara sərt xəbərdarlıq edildi: Moskvada ortalıqda dolaşmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanlarının qorxduğu kriminallar arasında azərbaycanlı \”qanuni oğru\” Vaqif Süleymanov (Diplomat Vaqif) da olub. Hüquq mühafizəçiləri kriminalların liderlərinə bildiriblər ki, onların bu cür eskortları Dünya Çempionatınını canlı izləməyə gələn qonaqları heyrətləndirə bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, son zamanlar bəzi \”qanuni oğru\”lar özlərini VIP-persona kimi aparmağa başlayıblar. Onlar paytaxt küçələrində zirehli limuzinlərlərlə gəzirlər və onları içində 5-6 mühafizəçi olan bir neçə maşın müşayiət edir. Bu isə şəhərdə hərəkətə mane olur.

Bir sıra \”qanuni oğrular\” münaqişəli vəziyyətdədirlər. Onlar hər an küçənin ortasında silahlı qarşıdurma yarada bilərlər. Odur ki, Dünya Çempionatının keçirildiyi günlərdə onlarla bağlı təhlükəsizlik tədbirlərinin görülməsində hüquq-çühafizə orqanları tamamilə haqlıdır.

Tez-tez kriminal avtoritetlərə bu nümayişkaranə davranışların yersiz olduğu barədə xəbərdarlıq edilsə də, onlar buna əhəmiyyət vermirlər. Mafia başçıları ictimai yerlərə (o cümlədən, restoran və ticarət mərkəzlərinə) də çoxsaylı mühafizəçilərin müşayiəti ilə gedirlər ki, nəticədə çox vaxt mühafizəçilərin iştirakı ilə münaqişələr, qanlı hadisələr baş verir.

Çoxsaylı mühafizəçilərin əhatəsində paytaxtda və ictimai yerlərdə dolaşan \”qanuni oğrular\” əsasən azərbaycanlı Vaqif Süleymanov (Vaqif diplomat), gürcülər Dmitri Çanturiya (Miron), Kaxaber Parpaliya (Kaxa Qalski), Elquca Turkadze (Quca Kutaisski), Quram Çixladze (Kvejoyeviç) və erməni Eduard Asatryan (Edik Osetrin).

Güc strukturları hesab edir ki, dünyanın ən ucqar guşələrindən futbol üzrə Dünya Çempionatını izləməyə gələn qonaqların qanqsterlərin xidmətində olan avtokolonları müşahidə etməsi xoşagələn deyil. Odur ki, asayiş keşikçiləri \”qanuni oğru\”ları çağıraraq onlarla ətraflı söhbət aparıblar.

Onlar mundial zamanı Moskvada olan əcnəbiləri narahat etməməyə çağrılıb. Həmçinin bildirilib ki, öz işlərini mafiozların cəmləşdiyi Moskva ətrafında görsünlər. Bu çağırışı dinləməyən mafiozların cəzaçəkmə müəssisələrinə aparılacağı bildirilib.

Güc strukturları slavyan əsilli \”qanuni oğrular\”ın əksəriyyətinə hər hansı xəbərdarlıq etməyi lazım bilməyib. Çünki Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (Şişkan), Vasili Xristoforov (Vasya Voskres) kimi avtoritetlərin heç vaxt mühafizəçilərin çöxluq təşkil etdiyi böyük eskortlarla dolaşdığını görən olmayıb. Onlar adətən cangüdənlərlə gəzmirlər və istisna hallarda onları 2-3 adam müşayiət edir.

\”Qanuni oğrular\”a bir sıra digər göstərişlər də verilib. Məsələn, bildirilib ki, onların nəzarətində olan qanunsuz dəstələr ortalıqda çox da dolaşmasın və qanqaraçılıq törətməsinlər. Əgər onların qonaqlarla hansısa kriminal insidenti yaşansa, o zaman onları himayə edən \”qanuni oğrular\”, \”kriminal generallar\” da şübhəli şəxs qismində nəzarətə götürüləcək.

Tövsiyyələri pozan \”qanuni oğrular\” Dünya Çempionatı dövründə də demək olar ki, hər hansı fəaliyyətlərini məhdudlaşdırmaqla fərqlənməyiblər. Onlar müəyyən məhdud dairələrdə öz fəaliyyətlərini davam etdiriblər. Onların başında isə erməni qanuni oğru Eduard Asatryan gəlir.

Asatryan 2017-ci ilin sonlarından etibarən o, digər qanuni oğru Dmitri Çanturiya (Miron) ilə ittifaqa girib. Bundan sonra onlar özlərini qəribə aparmağa başlayıblar. Miron Eduard və onun oğlu Sergeyin (Seryoqa Bentli) döyülməsində iştirak edib. Bu səbəbdən də sonuncunun oğru titulu şübhə altına düşüb. Daha sonra Bentlini həbs ediblər. Miron isə öz növbəsində həbsxanaya məktub yazıb ki, Seryoqa Bentlini \”qanuni oğru\” saymasınlar.

Nəticədə hər iki qanqster öz həmkarlarında xeyli suallar doğurublar. Məsələn, Voskres Mirona haqq qazandırmaq üçün zirehsiz qalıb (Osetrinlə Xristoforovun münasibətləri çoxdandır çox pisdir).

Asatryan bəyanatında özünə haqq qazandırmaq üçün deyib ki, hüquq-mühafizə orqanları onun qarşısında şərt qoyublar. O, ya Mironla sülhə gələrək adam kimi yola getməlidir, ya da onunla birlikdə həbsxanaya. Bundan sonra da həmkarlarının Osetryana münasibəti dəyişməyib. (sputnik.az)

İnterpress.az