İnterPress.az \”Kommersant\”a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 1991-ci ildən vətənini tərk edən gürcülərin əksəriyyəti – 21%-i Rusiyada qərar tutub.
İkinci sırada Yunanıstan qərarlaşıb. Bu bəlkə də Gürcüstanın Tsalka vilayətində yaşayan pontiyalı yunanların ötən əsrin 80-ci illərinin ortalarından etibarən Mixail Qorbaçovun \”yumşaqlığı\”ndan istifadə edərək məhz Yunanıstana köçmələrinin davamı və nəticəsidir.
İlk \”10-luq\”da həmçinin Türkiyə (11,2%), İtaliya (10,9%), Almaniya (7,1%), ABŞ (5,7%), İspaniya (4,1%), Fransa (3,7%), Ukrayna (3,7%) və Azərbaycan (2%) da yer alıb.
İnterPress.az