Səfir qeyd edib ki, həm Rusiya, həm də Türkiyə İranın yaxın qonşularıdır: “Bu baxımdan qonşularımız arasında münasibətlərin yaxşı olması bizim üçün mühümdür. Biz heç vaxt istəməmişik ki, dostlarımız arasında gərginlik yaransın. Eyni zamanda, biz digər ölkələrə də tövsiyyə edirik ki, Rusiya ilə Türkiyə arasında gərginliyin daha da dərinləşməməsi üçün lazımi işlər görsünlər”.
Səfir hesab edir ki, regiondakı ölkələr terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar.
M.Pakayin regionda vəziyyəti gərginləşdirməyə çalışan ölkələrə də bu yoldan çəkinməyi tövsiyyə edib: “Regiona müdaxilə etməyə çalışan ölkələr vəziyyətin daha da gərginləşməsinə səbəb olmamalıdırlar”.
(trend)
İnterpress.az