Mən ikinci qrup əliləm Heç bir yerdən əlavə gəlirim yoxdur. Ancaq aylıq 240 manat pensiya puluna möhtacam. Onunda bir hissəsini ölkənin sosial potensiyalını ağlar günə qoymuş acgöz bank məmurları sümürürlər. Əlbətdəki onlar bunu eyni səviyyədə olan İcra və Probasiya məmurlarının əliylə edirlər.
Belə ki, hamı kimi məndə problemli kreditorçuların siyahısında idim. Ucar rayon İcra və Probasiya şöbəsinin 27.07.2018-ci il tarixli 684 saylı məktubunda göstərdiyi 588,09 manat qalıq borcunun ödənilməsi üçün DSMF-nin Ucar şöbəsi hər ay pensiyamdan 50,11 manat tutaraq «MuğanBank» ASC-n- köçürülür. Artıq mənim bu banka 01.03.2019-cu il tarixə qalıq borcum 237,32 manat qalmışdır. Həmin vaxt cənab Prezidentin problemli kreditlər barədə 28.02.2019-cu il tarixli məlum fərmanından sonra 01.03.2019-cu il tarixdən pensiyamdan pulun tutulması dayandırıldı və bir il möhlət verildi.
</ins’>